SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
Bu barədə İran mənbələri məlumat yayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Sərdar Məhəmməd Pakpur Ermənistan və Azərbaycan sərhədlərinə səfər edib. Bu barədə İran mənbələri məlumat yayıb.
General sərhəddə hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının səviyyəsini və mənəvi-psixoloji vəziyyətini qiymətləndirib.
"Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik", - SEPAH generalı deyib.