İran Ermənistanda xarici qüvvələrin mövcudluğundan narazıdır
Bunu İrəvanda səfərdə olan İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib
İran XİN rəhbərinin müavini: Xarici qüvvələrin mövcudluğu regionda sülh və sabitliyi təmin edə bilməz.
İran İslam Respublikası qonşuları ilə əlaqələrin inkişaf etdirilməsini prioritet istiqamət kimi vurğulayır. Bunu çərşənbə günü İrəvanda jurnalistlərə İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib.
“İranın xarici siyasətində qonşuluq prinsipində həm Ermənistan, həm də regionda sabitlik və sülhün bərqərar olması mühüm və unikal yer tutur.
“Mən erməni həmkarımın dəvəti ilə Ermənistandayam. Dünən və bu gün bizim erməni həmkarımla, eləcə də Ermənistanın xarici işlər naziri ilə çox məhsuldar müzakirələr apardıq. Həmin görüşlərdə İranın regionda sülhün təmin olunmasında sabit mövqeyi vurğulanıb. Görüşlər zamanı vurğuladıq ki, İran sülh və təhlükəsizliyin bərqərar olunmasında regionda həmişə sabit və etibarlı tərəfdaşdır.
“Həmçinin vurğuladıq ki, region ölkələri sülh və sabitliyin təminatçılarıdır, xarici qüvvələrin mövcudluğu sülh və sabitliyi təmin edə bilməz, onlar başqa perspektivlər güdürlər”, - İran xarici işlər nazirinin müavini deyib.