XƏBƏRLƏR / Qonşular

Putin və Rəisi telefonla danışıblar

Rusiya və İran prezidentləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

Putin və Rəisi telefonla danışıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

    Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

    “Hər iki tərəf Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib. Müxtəlif sahələrdə, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Gələcək təmasların davam etdirilməsi razılaşdırılıb”, - deyə məlumatda bildirilir.