XƏBƏRLƏR / Qonşular

Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb

Özbəkistan Respublikasının Prezidenti Füzuli hava limanından vətənə yola düşüb

Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına dövlət səfəri avqustun 23-də başa çatıb.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.