Taliban bəzi qonşuları ilə sərhədlərə yenidən baxacaq
Özbəkistan, Tacikistan və Türkmənistanla sərhədlərə yenidən baxmaq planlaşdırılır
Taliban Mərkəzi Asiya respublikaları ilə sərhədlərə yenidən baxmağı planlaşdırır
Taliban hökuməti Özbəkistan, Tacikistan və Türkmənistanla sərhədlərə yenidən baxmağı planlaşdırır. Bunu Əfqanıstanın energetika naziri Əbdül Lətif Mənsur bəyan edib.
O qeyd edib ki, Əfqanıstanla Mərkəzi Asiya ölkələri arasında sərhədlər daşqınlar nəticəsində xeyli eroziyaya məruz qalıb və bu sərhədlərin yenidən müəyyənləşdirilməsinə ehtiyac var.
Əfqanıstanın Türkmənistanla 804 km, Özbəkistanla 144 km, Tacikistanla isə ən uzun sərhədi 1344 km-dir.