XƏBƏRLƏR / Qonşular

"Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xəbər verib

"Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək.

    Armenpress” xəbər ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

    “Razılaşma, əlbəttə ki, ikitərəfli olacaq — Ermənistan və ABŞ arasında. Lakin tikinti mərhələsində tərəfdaşlara ehtiyac yaranacaq. Ehtimal ki, idarəetmə mərhələsində də bu belə olacaq”, — Mirzoyan deyib.

    Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsi üçün ABŞ və üçüncü ölkələrlə əməkdaşlıq etdiyini açıqlayıb.