Ermənistanda etiraz edən hindistanlıların yanına səfir gəldi
Xəbər verdiyimiz kimi, İcevanda tekstil şirkətinində çalışan hind işçiləri maaşlarının artırılmasını tələb edirlər

Səfir hindli tətilçilərin yanına çağırılıb.
Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinhu “Ij Grant Textile” tekstil şirkətinin rəhbərliyindən müqaviləyə yenidən baxılmasını tələb edən hind işçilərinin tətili ilə əlaqədar İcevandadır.
Şirkət rəhbərliyinin sözlərinə görə, Hindistandan olan 205 etirazçının hamısı rəsmən işlə təmin olunub, 3 illik müqavilələri olub və maaşları üzrə borcları olmayıb, sadəcə olaraq məvacibin artırılmasını tələb edirlər.