XƏBƏRLƏR / Münaqişə

İcevanda hindistanlılar dövlətlərarası yolu bağlayıb VİDEO

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb

İcevanda hindistanlılar dövlətlərarası yolu bağlayıb VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın şimalında yerləşən İcevan şəhərində yerli zavodda işləyən bir qrup Hindistan vətəndaşı etiraz aksiyası keçirib.

    VİDEO

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Etirazçılar İcevanda dövlətlərarası avtomobil yolunu bağlayıblar.

    İştirakçıların sözlərinə görə, narazılığa səbəb maaşların gecikdirilməsi olub. Fəhlələr dəfələrlə müəssisə rəhbərliyi ilə əlaqə saxladıqlarını, lakin vəziyyətin həll olunmadığını bildiriblər.