XƏBƏRLƏR / Münaqişə

İsrail Livan ərazisindən raket atəşinə tutulub

Həlak olanlar barədə hələ məlumat verilmir

İsrail Livan ərazisindən raket atəşinə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Reuters xəbər verir: İsrail ordusunun bəyanatında deyilir ki, cümə axşamı günü Livandan İsrail ərazisinə raket atılıb və uğurla məhv edilib.

    Lakin yayılan təsfirlər ən azı bir raketin yaşayış məntəqəsinə düşdüyyünü göstərir.

    Livanın iki təhlükəsizlik mənbəsi bildirib ki, Livanın cənubundan iki raket hücumu olub və qısa müddət sonra Livanın cənubuna artilleriya mərmiləri düşüb. Həlak olanlar barədə hələ məlumat verilmir.

    Xəbərlər İsrailin bu həftə Qüdsdəki Əl-Əqsa məscidinə basqınlarından sonra gərginliyin artdığı bir vaxta təsadüf edir.