XƏBƏRLƏR / Münaqişə

İranda 9 Pakistan vətəndaşı öldürülüb

Bu barədə "TASS" xəbər verir

İranda 9 Pakistan vətəndaşı öldürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.

    Bu barədə "TASS" xəbər verir.

    Qeyd olunub ki, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra hadisə yerindən qaçıb. Polis araşdırmaya başlayıb.

    Bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil.

    Yanvarın 27-də “Mehr” agentliyi naməlum şəxslərin silahlı hücumu nəticəsində orada 9 əcnəbinin həlak olduğunu bildirib. İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.