XƏBƏRLƏR / Münaqişə

Xamenei şayiələri təkzib etmək üçün VİDEOmüraciət yaydı

O qeyd edib ki, nüvə obyektləri hücumlarda zərər görməyib YENİLƏNİB

Xamenei şayiələri təkzib etmək üçün VİDEOmüraciət yaydı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:12

    İranın nüvə obyektləri hücumlarda zərər görməyib.

    Bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei xalqa videomüraciətində deyib.



    O bildirib ki, ABŞ nüvə obyektlərini vurdu, lakin çox şey əldə edə bilmədi.

    “Gələcəkdə İrana qarşı istənilən təcavüz böyük baha başa gələcək”, - Xamenei vurğulayıb.

    O, eyni zamanda, İranın nüvə obyektlərinin hücumlarda zərər görmədiyini qeyd edib: “Amerikalılar nüvə obyektlərinə hücumda mühüm bir iş görə bilmədilər”.

    “İranın düşmənləri raket və ya nüvə proqramı kimi bəhanələrdən istifadə edirlər, lakin əslində bizim təslim olmağımızı istəyirlər. İsrail İrana hücumun baha başa gəldiyini öyrənməli idi”, - İranın Ali Rəhbəri vurğulayıb.

    O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp baş verənləri çox şişirdib: “Tramp İranın nüvə obyektlərinə dəyən zərərin miqyasını şişirdib, əslində bu, kiçikdir”.

    Xamenei Trampın İranın təslim olması barədə bəyanatlarına da münasibət bildirib.

    “ABŞ Prezidenti deyib ki, İran təslim olmalıdır, bu onun ağzı üçün çox böyük bir bəyanatdır”, - Xamenei əlavə edib.

    ***

    10:37

    İran təhlükəsizlik rəsmiləri İsrailin İranın ali dini lideri Xameneini öldürə biləcəyindən qorxurlar, ona görə də o, atəşkəs razılaşmasının qüvvəyə minməsindən iki gün sonra bunkerdə qalır. Bu barədə "New-York Times" yazır.

    Qeyd olunur ki, İran təhlükəsizlik rəsmiləri “hər bir əlaqəni məhdudlaşdırmaq da daxil olmaqla, həddindən artıq qoruyucu tədbirlər görür”.