İsrail və Türkiyə arasında danışıqlar aparması təsdiqləndi
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan söyləyib

Türkiyənin xarici işlər naziri Fidan təsdiqləyib ki, İsrail və Türkiyə Suriyada mümkün hərbi insidentlərin qarşısını almaq məqsədilə danışıqlar aparır.
“Bizim Suriyada heç bir ölkə ilə, o cümlədən İsraillə silahlı münaqişəyə girmək niyyətimiz yoxdur”, - Türkiyə XİN rəhbəri vurğulayıb.