Separatçılar "Laçın" SKM-də təxribat törətmək istəyirlər
Onlar Həkəri körpüsünün yaxınlığında "səssiz aksiya" keçirməyə hazırlaşırlar
Xankəndidəki separatçılar "Laçın" Sərhəd Keçid Məntəqəsinə (SKM) yaxın ərazidə vətəndaşların "'dinc aksiyası" barədə məlumat yayıb.
Separatçıların başçıları təxribat üçün xüsusi avtobuslar ayırıblar. Avtobusların üzərində “Xakəriyə dinc yürüş” süarı yazılıb.
Mətbuatda yayılan xəbərlərə görə, etirazçılar Azərbaycanın Laçın yolunda yaratdığı SKM-də səssiz aksiya keçirməyə hazırlaşırlar.
Maraqlıdır separatçılar bu avtobuslar üçün yanacağı hardan tapıblar. Çünki cəmi 1 həftə öncə onlar bəyan etmişdilər ki, kəndlərdən Xankəndiyə meyvə-tərəvəz gətirilməsi üçün yanacaq yoxdur.