Kuleba Bakının Ukraynaya dəstəyini yüksək qiymətləndirib
Ukraynanın İcmalar və Ərazilərin İnkişafı nazirinin müavini Rusiya zərbələrinin fəsadları ilə səfirimiz Seymur Mərdəliyevi tanış edib
Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev: Ukraynanın İcmalar və Ərazilərin İnkişafı nazirinin müavini Aleksey Kuleba Bakının enerji dayanıqlılığı sahəsindəki dəstəyini yüksək qiymətləndirib.
O, diplomatik korpusdan olan həmkarları ilə səfəri zamanı Ukrayna Baş nazirinin müavini ilə danışdığını qeyd edib.

Görüş Ukrayna Xarici İşlər Nazirliyinin köməyi ilə Ukraynada akkreditə olunmuş 60-dan çox xarici dövlət və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbəri üçün təşkil edilən səfər çərçivəsində 3 fevralda Rusiyanın daha bir hücumunun hədəfi olan Darnitsa İstilik Elektrik Stansiyasına baş tutub.

1 dəqiqədən az