XƏBƏRLƏR / Münaqişə

İran ABŞ-la danışıqların təxirə salınmasını təkzib edib

Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib

İran ABŞ-la danışıqların təxirə salınmasını təkzib edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-la nüvə danışıqları fevralın 6-da Omanda keçiriləcək.

    Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

    "ABŞ ilə nüvə danışıqları cümə günü səhər saat 10 radələrində Maskatda keçiriləcək. Omanlı qardaşlarıma təşəkkür edirəm ki, onlar bütün lazımi tədbirləri görüblər", - nazir qeyd edib.

    Qeyd edək ki, bir müddət əvvəl “Axios” portalı ABŞ və İran arasında keçirilməsi planlaşdırılan nüvə danışıqlarının ləğv edilməsi ilə bağlı məlumat yaymışdı.