İsrail Hərbi Hava Qüvvələri İrana yenidən zərbə endirir
Bu barədə İsrail Ordusu məlumat yayıb YENILƏNIR / VIDEO

11:30
Səhər saatlarında Israil HHQ Təbrizə də zərbələr endirilib. VİDEO
"Azad İran" "Telegram" kanalı xəbər verir ki,Təbrizdə SEPAH-ın silah anbarları vurulur. Vurulan anbarlar əhalinin məskunlaşdığı yerlərin yaxınlığındadır.
İnternetə girişdə məhdudiyyətlər olduğu üçün itkilər barəsində məlumat yoxdur.
***
10:33
İsrail Hərbi Hava Qüvvələri İranın qərbində hərbi obyektlərə yenidən zərbə endirməyə başlayıb.
Bu barədə İsrail Ordusu məlumat yayıb.
Qeyd edilib ki, bu gün səhər İsrailə hücum zamanı istifadə edilən raket buraxılış qurğuları hədəf alınıb.