Ancelina Coli "Qəzza cinayətində" dünya liderlərini suçladı
Amerikalı aktrisa bu haqda sosial şəbəkələrdə yazıb

Amerikalı aktrisa Ancelina Coli dünya liderlərini İsrailin Qəzza zolağında törətdiyi cinayətlərin ortaqları adlandırıb.
Coli yazır: "Bu, qaçmağa yeri olmayan tələyə düşmüş əhalinin qəsdən bombalanmasıdır.
Təxminən iyirmi ildir açıq havada həbsxana olan Qəzza sürətlə kütləvi məzarlığa çevrilir.
Ölənlərin 40%-i günahsız uşaqlardır. Bütün ailələr öldürülür.
Dünya seyr edərkən və bir çox hökumətlərin fəal dəstəyi ilə milyonlarla fələstinli mülki şəxs - uşaqlar, qadınlar, ailələr kollektiv şəkildə cəzalandırılır və insanlıqdan kənarlaşdırılır, eyni zamanda beynəlxalq hüquqa zidd olaraq qida, dərman və humanitar yardımdan məhrum edilirlər.
Humanitar əsaslarla atəşkəs tələbindən imtina etməklə və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə icazə verməməklə dünya liderləri bu cinayətlərə şərik olurlar."