Rusiya "taxıl sazişi"nə xitam verdi
Rusiya Prezidentinin sözçüsü Peskov və XİN sözçüsü Zaxarova bunu jurnalistlərə elan edib
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov taxıl müqaviləsinə xitam verildiyini açıqlayıb
Taxıl müqaviləsinə xitam verildi - Peskov.
O qeyd edib ki, “Rusiya onunla bağlı razılaşmalara riayyət ediləndən sonra dərhal taxıl müqaviləsinə qayıdacaq”.
Peskov onu da qeyd edib ki, Rusiya Federasiyasının taxıl müqaviləsi ilə bağlı mövqeyi Krım körpüsünə hücumdan əvvəl də açıqlanıb, bu hücum qərara təsir etməyib.
Rusiya Türkiyə və Ukraynanı, eləcə də BMT katibliyini “taxıl müqaviləsi”nin uzadılmasına etirazı ilə bağlı rəsmi şəkildə xəbərdar edib – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Zaxarova RİA Novostiyə bildirib.
Dünyanı mümkün ərzaq böhranından qorumaq üçün yaradılan taxıl dəhlizində müqavilənin müddəti bu gün başa çatıb.
32 milyondan çox taxılın dünyaya daşınmasını təmin edən müqavilənin 4-cü dəfə uzadılmayacağı ilə bağlı Kremldən açıqlama verilib.
Kremlin son dəqiqə açıqlamasına görə, taxıl dəhlizi sazişi bu gündən qüvvədə olmayacaq. Rusiya “Bizə verilən vədlər tutulmadı, vaxt bu gün bitdi” dedi.