Ərdoğan "Taxıl sazişi" ilə bağlı açıqlama verib
O, Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığının olacağını qeyd edib
"Qara dəniz Taxıl Təşəbbüsü tarixə uğurlu nümunə kimi düşüb. Biz bu təşəbbüsün davam etməsi üçün əlinimzdən gələni etməyə hazırıq. Təəssüf ki, Rusiya tərəfi bu təşəbbüsün şərtlərini uzatmayıb".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfərindən əvvəl jurnalistlərə açıqlamasında deyib:
"Biz çox çalışırıq ki, Rusiya və Ukrayna arasındakı münaqişələr daha dramatikliyə səbəb olmasın. Biz deyirik ki, sülhü itirmək olmaz. İlk ilinə daxil olmaq üzrə olduğumuz Qara dəniz təşəbbüsü mühüm diplomatik uğur kimi tarixə düşdü. 33 milyon tondan çox taxıl məhsulları daşındı. Bir çox ölkələrin ərzaq böhranına sürüklənməsinin qarşısı alındı. İştirak edən bütün tərəflərə təşəkkür edirik. İnanıram ki, dostum Putin bu humanitar körpünün davam etməsini istəyir. Səfərdən qayıdanda Putinlə görüşüm olacaq. Avqust ayında ölkəmizdə görüşəndə bu məsələlərdən danışacağıq".