XƏBƏRLƏR / Münaqişə

İsrail hücum zamanı Rəfahda 2 girovu azad edib

Bu barədə BBC xəbər yayıb

İsrail hücum zamanı Rəfahda 2 girovu azad edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrail Qəzzanın cənubundakı şəhərə güclü hava zərbələri endirdiyi xəbərləri fonunda Rəfahda keçirilən reyd zamanı iki israilli girovun xilas edildiyini bildirib.

    İsrail Müdafiə Qüvvələri (IDF) azad edilən girovların "sağlamlıq vəziyyətinin yaxşı" olduğunu və tibbi müayinələr üçün İsrail xəstəxanasına aparıldıqlarını bildirib.

    Bundan əvvəl Fələstin Qızıl Aypara Cəmiyyəti Rəfahın hücuma məruz qaldığını və çoxlu sayda ölənlərin olduğunu bildirmişdi.

    İsrail Qəzzanın cənubuna zərbələr endirib, təfərrüat verilmir. Yerli sakinlər isə bildiriblər ki, hücumda helikopterlər və qayıqlar da iştirak edib.

    Ölənlər haqqında ziddiyyətli xəbərlər var: AFP xəbər agentliyi Qəzzanın "Həmas" tərəfindən idarə olunan Səhiyyə Nazirliyinə istinadən 52 fələstinlinin, o cümlədən uşaqların öldürüldüyünü bildirib. Bu arada "Reuters" Qəzza səhiyyə rəsmilərinə istinadən ölənlərin sayının 37 olduğunu bildirib.

    Bazar günü Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi bildirib ki, ötən gün ərzində daha 112 fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb, ümumilikdə ölənlərin sayı 28 100-dən çox, yaralılar isə 67 500-dən çox olub.

    BMT-nin yüksək rütbəli humanitar rəsmisi bildirib ki, hazırda onların getmək üçün təhlükəsiz yeri yoxdur.

    Misirlə sərhəddə yerləşən Rəfah Qəzzaya humanitar yardım üçün yeganə açıq giriş nöqtəsidir.