XƏBƏRLƏR / Münaqişə

"İstanbul formatı aktuallığını itirib"

Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa belə deyib

"İstanbul formatı aktuallığını itirib"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa İstanbulda keçirilən danışıqlar formatının faktiki olaraq öz aktuallığını itirdiyini bildirib.

    Bu barədə o, "The Kyiv Independent" nəşrinə verdiyi müsahibədə danışıb. 

    Kislitsanın sözlərinə görə, sözügedən formatda humanitar məsələlər istisna olmaqla, tammiqyaslı danışıqlar aparılmayıb və Rusiya Kiyevin təklif etdiyi atəşkəs şərtlərini rədd edib.