XƏBƏRLƏR / Münaqişə

Türkiyə Ombudsmanı Ukrayna və Rusiyada əsirlərə baş çəkəcək

Şeref Malkoç bu həftə Ukraynada rus məhbusların saxlandığı yerlərə baş çəkəcək

Türkiyə Ombudsmanı Ukrayna və Rusiyada əsirlərə baş çəkəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Ombudsmanı Rusiya və Ukraynadakı həbs düşərgələrinə baş çəkəcək.

    Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç bu həftə Ukraynada rus məhbusların saxlandığı yerlərə baş çəkməyi, həmçinin ölkə prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. “Sabah” qəzetinə müsahibəsində Malkoç daha sonra Rusiyadakı ukraynalı məhbuslara baş çəkməyi planlaşdırdığını da bildirib.

    Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün sülh diplomatiyası həyata keçirən Türkiyə bundan sonra hər iki ölkədəki həbs düşərgələrini yoxlayacaq. Ombudsman təsisatının prezidenti və baş ombudsman Şeref Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti bu həftə ilk olaraq Ukraynadakı həbs düşərgələrinə baxış keçirəcək. Sonra analoji işlər Rusiyada da aparılacaq. Rusiyada baş verən terror hadisəsi ilə bağlı Malkoç, "Bu hücum sülh istəməyənlərin işidir. Rusiya ilə Ukrayna arasında hər dəfə sülh mühiti olanda bir hadisə baş verir. Bizim işimiz Rusiya üçün əhəmiyyətli bir addım olacaq. Evsiz uşaqların və əsirlərin öz ailələrinə qovuşmasını əhatə edən “insanlıq dəhlizi...”.