SEPAH yaxın günlərdə İsrailə sarsıdıcı zərbə endirəcək
Bunu dövlət içində dövlət olan SEPAH-ın briqada generalı Məhəmməd Rza Nəqdi deyib
İran yaxın günlərdə İsrailə cavab zərbələri endirəcək.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Nəqdi deyib. “Yaxın günlərdə sionist rejimə hansı sarsıdıcı zərbələrin vurulacağını görəcəksiniz və sionistlər yeni tədbirlər və təşəbbüslərdən təəccüblənəcək və daha böyük məğlubiyyətlərə düçar olacaqlar”, - o vurğulayıb.