
İsrailin hava zərbələri nəticəsində Livanda iki jurnalist öldürülüb.
Bu barədə "Əl-Ərəbiyyə News" məlumat yayıb.
Bildirilib ki, Tair Harfa bölgəsinin bombalaması nəticəsində üç vətəndaş - iki jurnalist və bir mülki şəxs həlak olub. "Al-Mayadeen" telekanalı məlumat yayıb ki, telekanalın müxbiri Farah Omar və operator Rabih Maamari öldürülüb.
İsrail tərəfi isə hadisənin "təfərrüatlarının araşdırıldığını" bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl İsrailin hava zərbələri nəticəsində Livanda "Reuters"in jurnalisti də həlak olub.