XƏBƏRLƏR / Münaqişə

Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbə endirilib

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) "X" hesabında paylaşım edilib.

Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbə endirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Natanzdakı nüvə stansiyasının yeraltı hissəsinə zərbələr dəyib.

    Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) "X" hesabında paylaşım edilib.

    “Peyk şəkillərinin analizinin nəticəsi olaraq, təşkilatımız Natanz nüvə obyektinin yeraltı hissəsinə zərbələr endirildiyini göstərən elementlər aşkar edib. İsfahan və Fordoya dair hesabatda dəyişiklik yoxdur.”- deyə paylaşımda qeyd olunub.