BMT TŞ Rusiyanın Qəzza ilə bağlı qətnaməsini rədd etdi
Moskva qətnamə lehinə lazım olan doqquz səsi toplaya bilməyib
BMT Təhlükəsizlik Şurası Rusiyanın Qəzza zolağında atəşkəslə bağlı qətnamə layihəsini rədd edib.
ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya əleyhinə səs verib. Rusiya, Çin, BƏƏ, Qabon və Mozambik bu sənədin qəbul edilməsinin tərəfdarı idilər. Albaniya, Braziliya, Qana, Malta, İsveçrə və Ekvador “bitərəf” qalıb. Beləliklə, qətnamə lehinə lazım olan doqquz səsi toplaya bilməyib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan heç bir ölkə veto qoymağa məcbur olmayıb.