XƏBƏRLƏR / Münaqişə

Tehran yüksək rütbəli hərbçilərin öldüyünü təsdiqlədi

Bu barədə IRNA xəbər yayıb

Tehran yüksək rütbəli hərbçilərin öldüyünü təsdiqlədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Salami və digər hərbçi və mülki şəxslər Tehranda İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.

    Bu barədə IRNA xəbər yayıb.

    General-mayor Baqiri və general-mayor Salami cümə günü gecə saatlarında İsrailin ayrı-ayrı zərbələri nəticəsində öldürülüb.

    İsrailin endirdiyi zərbələrdə Xatam əl-Ənbiya qərargahının komandiri general-mayor Qulaməli Rəşid də öldürülüb.

    Nüvə alimləri Məhəmməd-Mehdi Tehrançi və Fereydun Abbasi də ölüdürülüb.