Kosovo xüsusi təyinatlıları serb zabitləriylə toqquşub
Serbiya ordusu Kosovaya doğru irəliləyir
Serbiyanın müdafiə naziri Kosovo xüsusi təyinatlıları ilə serblər arasında toqquşmalara görə ordunun Kosovo ilə inzibati sərhədə təcili irəlilədiyini təsdiqləyib.
RTS telekanalı xəbər verir ki, bu gün tanınmamış Kosovonun şimalında Kosovo xüsusi təyinatlılarının üzvləri ilə icma özünüidarə orqanlarının serb zabitləri arasında toqquşmalar baş verib.
Telekanalın məlumatına görə, Zveçan icmasında xüsusi təyinatlılar səs-küylü qumbaraatanlardan istifadə ediblər.
Serbiya prezidenti Aleksandar Vuçiç Kosovodakı vəziyyətlə əlaqədar ordunu maksimum hazırlıq vəziyyətinə gətirib.