Almaniya da diplomatlarını Tehrandan təxliyə edir
Rəsmi Berlin vətəndaşlarını İranı tərk etməyə çağırıb
Almaniya Tehrandakı səfirliyindəki fəaliyyətini azaldaraq vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Səfirlik hələ də açıqdır, lakin konsulluq və viza xidmətləri yalnız təcili vəziyyətdə məhdud tutumla fəaliyyət göstərir.
Berlin bildirib ki, İran hakimiyyəti tərəfindən diplomatik akkreditasiyalara qoyulan məhdudiyyətlər işçi heyətinə də təsir edib.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya bütün diplomatik heyətini İrandan təcili təxliyə edib.
1 dəqiqədən az