XƏBƏRLƏR / Münaqişə

Bütün Britaniya diplomatları İrandan təcili təxliyə edilib

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat verib

Bütün Britaniya diplomatları İrandan təcili təxliyə edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniya bütün diplomatik heyətini İrandan təxliyə edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat verib.

    Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Regional gərginlik və təhlükəsizlik vəziyyəti ilə bağlı yenilənmiş məlumatlara görə, Böyük Britaniya heyəti müvəqqəti olaraq İrandan çıxarılıb".

    Britaniyanın "The Sun" qəzeti qeyd edir ki, Britaniya hökuməti əvvəllər səfir və konsulluq işçilərini təxliyə edib və o vaxtdan bəri diplomatik fəaliyyətlərini uzaqdan həyata keçirir.

    Tehranda kimin qaldığı və neçə nəfərin təxliyə edildiyi hələ də məlum deyil.