Yenə "Əhəmiyyətli irəliləyiş əldə edilib"?
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Berlin danışıqları haqda
"Əhəmiyyətli irəliləyiş əldə edilib": Uitkoff Berlin danışıqları haqqında

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Berlində Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqlarda əhəmiyyətli irəliləyişlər olduğunu bildirib. O, tərəflərin dialoqu davam etdirmək barədə razılığa gəldiyini və növbəti görüşün bu günə təyin olunduğunu bildirib.

Uitkoff özünün "X" hesabında danışıqların beş saatdan çox davam etdiyini bildirib. Görüşdə sülh planının müddəaları, iqtisadi məsələlər və bir sıra digər mövzular müzakirə olunub.
1 dəqiqədən az