XƏBƏRLƏR / Münaqişə

Tramp İranı Livandakı təxribatlarda günahlandırdı

Bu barədə ABŞ prezidenti Truth Social-da yazıb

Tramp İranı Livandakı təxribatlarda günahlandırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib.

    Tramp bu barədə paylaşımında bildirib.

    O, İranı Livanda təxribat törətməkdə günahlandırdı:
    "İran dərhal Livandakı yüksək maaşlı proksi qüvvələrini cilovlamalı və onların təxribatçı hərəkətlərini dayandırmalıdır.

    Əks halda, ötən həftə olduğu kimi, İrana yenidən sərt zərbələr endirəcəyik, amma bu dəfə daha böyük güclə."