XƏBƏRLƏR / Münaqişə

ABŞ-İran anlaşma memorandumunun mətni məlum olub

Bu barədə “Əl-Ərəbiə” kanalı məlumat yayıb

ABŞ-İran anlaşma memorandumunun mətni məlum olub
  • Oxuma müddəti:

    4 dəqiqə

  • "Əl-Ərəbiyyə" ABŞ və İran arasında anlaşma memorandumunun mətnini dərc edib.

    Sənədin tam mətni:

    -  İran və ABŞ, eləcə də davam edən müharibədəki müttəfiqləri, bu anlaşma memorandumunun imzalanması ilə eyni vaxtda, Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını bəyan edir və bir-birinə qarşı heç bir düşmənçilik hərəkəti etməməyi və güc tətbiqi ilə hədələməməyi və ya istifadə etməməyi öhdələrinə götürürlər.

    -  İran və ABŞ bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və bir-birinin daxili işlərinə qarışmamağı öhdələrinə götürürlər.

    - Hər iki tərəf yekun razılığa gəlmək üçün maksimum 60 gün (qarşılıqlı razılaşma ilə uzadılma ehtimalı ilə) danışıqlar aparmağı öhdələrinə götürürlər.

    - Bu anlaşma memorandumunun imzalanmasından dərhal sonra ABŞ dəniz blokadasını ləğv edəcək və gəmiçiliyə hər hansı müdaxiləni və ya maneəni dayandıracaq və maksimum 30 gün ərzində dəniz nəqliyyatını tam bərpa edəcək; gəmiçilik həcmləri müharibədən əvvəlki səviyyələrə uyğun olmalıdır.

    - ABŞ həmçinin son razılaşmanın bağlanmasından sonrakı 30 gün ərzində qoşunlarını qonşu ərazilərdən çıxarmağı öhdəsinə götürür.

    - İran həmçinin sənədin imzalanmasından dərhal sonra Fars körfəzi və Oman dənizində ticarət gəmiçiliyini bərpa etmək və texniki maneələrin aradan qaldırılması və minaların təmizlənməsi şərti ilə onu 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarmaq üçün lazımi tədbirləri görəcək.

    - ABŞ regional tərəfdaşları ilə birlikdə İran iqtisadiyyatının bərpası və inkişafı üçün ən azı 300 milyard dollar maliyyələşdirmə təmin ediləcək hərtərəfli bir plan hazırlayacaq.

    -  Bu planın icra mexanizmi 60 gün ərzində son razılaşma ilə eyni vaxtda hazırlanacaq.

    -  ABŞ razılaşdırılmış cədvələ uyğun olaraq, BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin qətnamələri daxil olmaqla, İrana qarşı bütün mövcud sanksiyaları, eləcə də bütün birtərəfli sanksiyaları (ilkin və ikinci dərəcəli) ləğv etməyi öhdəsinə götürür.

    -  İran heç vaxt nüvə silahı hazırlamağa çalışmayacağını vurğulayır.

    -  Tərəflər razılaşırlar ki, zənginləşdirilmiş materialın statusu və digər razılaşdırılmış nüvə məsələləri yekun razılaşmada tam həll olunacaq.

    - Yekun razılaşma əldə olunana qədər status-kvo saxlanılacaq: İran nüvə proqramını hazırkı vəziyyətdə saxlayacaq və ABŞ yeni sanksiyalar tətbiq etməyəcək və ya regionda hərbi mövcudluğunu gücləndirməyəcək.

    -  ABŞ sənədin imzalanmasından dərhal sonra İran xam neftinin, neft-kimya məhsullarının və əlaqəli xidmətlərin (bankçılıq, sığorta, nəqliyyat və digər) ixracı üçün lazımi lisenziyaların verilməsini öhdəsinə götürür.

    - ABŞ həmçinin danışıqlar zamanı dondurulmuş bütün İran aktivlərinin və əmlakının dondurulmasını aradan qaldırmağı və onlara tam əlçatan olmağı öhdəsinə götürür.

    Bu maliyyə resursları İran Mərkəzi Bankına veriləcək və planlaşdırılan istənilən ödənişlər üçün mövcud olacaq və ABŞ lazımi lisenziyaları verəcək.

    -  Tərəflər razılaşmanın və gələcək öhdəliklərin icrasına nəzarət etmək üçün mexanizm yaratmaq barədə razılığa gəlirlər.

    - Bu anlaşma memorandumunun imzalanmasından və fərdi müddəaların həyata keçirilməsi üçün zəmanətlərin alınmasından sonra yekun razılaşma üzrə danışıqlar davam etdiriləcək.

    - Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənməlidir.