Moskva Brüssel danışıqlarına qısqanır
Rusiya XİN Brüssel danışıqları pozmaq məqsədi daşıyan Qarabağda vəziyyətlə bağlı bəyanat yayıb
Rusiya Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətlə bağlı təhdid və aqressiv tonla dolu bəyanat yayıb.
Bəyanatda deyilir: "Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır".
Bəyanatdan belə çıxır ki, Azərbaycan-Ermənistan münasibətlərin normallaşması ancaq Moskvanın vasitəçiliyi ilə mümkün ola bilər: "Sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq, ardınca həmin sənədi imzalamaq üçün Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammiti keçirilsin".
Bəyanatıın sonunda Azərbaycana Laçın yolu ilə bağlı sərt şəkildə tələblər irəli sürülür: "Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin dərhal açılması, bu dəhlizlə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin bərpası, eləcə də reqionun enerji təchizatı üçün təcili tədbirlər görməyə çağırırıq".