General Mark Milley İranla bağlı İsrailə gəlib
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri İsrailin müdafiə naziri Yoav Gallantla görüşüb
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley Qüdsdə İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasında əməkdaşlığın zəruriliyini müzakirə etmək üçün İsrailə gəlib.
Yerli mətbuatın yazdığına görə, Milley müdafiə naziri Lloyd Ostinin İsrailə səfəri öncəsi gözlənilməz səfər edib və o, İsrail-Fələstin münasibətlərinə təsir edən ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri Misir və İordaniyaya da səfər edəcək.
İsrailin müdafiə naziri Yoav Gallant general Milli ilə görüşü zamanı deyib: “İranın nüvə silahı əldə etməməsi üçün davamlı əməkdaşlıq lazımdır”.
Milli İsraildə heç bir açıqlama verməyib. Onun sözçüsü bildirib ki, general İsrail Baş Qərargahının rəisi general-leytenant Herzi Halevi ilə danışıqlar zamanı regional təhlükəsizlik məsələlərini və “İranın yaratdığı təhdidlərdən qorunmaq üçün hərəkətlərin əlaqələndirilməsini” müzakirə edib.