Ağdamın kənd qəbiristanlığında erməni vandallığı VİDEO
Bu barədə görüntülər telegram kanallarda yayılıb
Erməni vandalları Ağdam rayonunun Şıxbabalı kəndinin qəbiristanlığında qəbirləri ekskavarorla qazıb tamam dağıdıblar. Yerli sakinlər bunu görüntülərlə isbat edib.
Qeyd edək ki, Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən Şıxbabalı kəndi 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır.