İran hökumətinə məxsus təyyarə Moskvanın hava limanına enib
Bu barədə Flightradar içtimai internet xidmətinin məlumatından aşkar olub
İran hökumətinə məxsus təyyarə ABŞ-ın ölkə rəhbərliyinə qarşı zərbələri barədə şayiələr fonunda Moskvanın Vnukovo hava limanına eniş edib. İran Prezidenti Məsud Pezeşkianın da təyyarədə olduğu güman edilir. Bu arada Donald Tramp bu gecə bəyanat hazırlayır.
Monitorinq kanallarına görə, Nikolas Maduronu ələ keçirmək əməliyyatında iştirak edən ABŞ təyyarələri Yaxın Şərqə doğru yola düşüb.
Amerika mediasının əvvəllər verdiyi məlumata görə, Vaşinqton etirazlara səbəb olmaq və ölkə daxilində hökumət binalarını ələ keçirmək üçün İran təhlükəsizlik qüvvələrinə və yüksək vəzifəli hökumət rəsmilərinə qarşı hədəfli zərbələr endirməyi düşünür.
1 dəqiqədən az