Laricani bütün Aİ ölkələrinin ordularını terrorçu elan etdi
O, bunu "X" şəbəkəsindəki hesabında yazıb
İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin sözlərinə görə, İran SEPAH-a qarşı oxşar tədbirə cavab olaraq Aİ ölkələrinin silahlı qüvvələrini terror təşkilatları siyahısına əlavə edir.
Laricani "X" sosial şəbəkəsində yazır: Avropa İttifaqı, şübhəsiz ki, İslam Şurası Məclisinin qətnaməsinə əsasən, İnqilab Keşikçiləri Korpusuna qarşı son AB qətnaməsində iştirak edən ölkələrin ordularının terrorçu hesab edildiyini bilir. Buna görə də, nəticələr bu cür hərəkətə keçən Avropa ölkələrinin üzərinə düşəcək.
Xatırladaq ki, Avropa İttifaqı SEPAH-ı terror təşkilatları siyahısına salıb.
1 dəqiqədən az