XƏBƏRLƏR / Münaqişə

Abbas Əraqçi gözlənilmədən Türkiyəyə gəlib

İranın xarici işlər nazirinin türkiyəli həmkarı Hakan Fidan və prezident R.T.Ərdoğanla görüşləri gözlənilir

Abbas Əraqçi gözlənilmədən Türkiyəyə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib.

    Onu rəsmi olaraq Türkiyə Xarici İşlər Nazirliyinin regional baş direktoru da daxil olmaqla, rəsmi şəxslər qarşılayıb.

    İran Xarici İşlər Nazirliyi xəbər verir ki, Əraqçini daşıyan təyyarə İstanbula enib.

    İran XİN rəhbəri Türkiyə rəsmiləri ilə ikitərəfli əlaqələri və regional gərginliyi müzakirə edəcək.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əraqçini qəbul edəcəyi gözlənilir.