İsrail HƏMAS-ın Livandakı mövqelərinə zərbə endirib
Bu barədə İsrail ordusunun twitter səhifəsində bildirilib
İsrail ordusu HƏMAS-ın Livandakı hədəflərinə zərbə endirib. Bu barədə İsrail ordusunun twitter səhifəsində bildirilib.
Qeyd olunub ki, ordu Livanın cənubunda HƏMAS terror təşkilatına məxsus terror infrastrukturu da daxil olmaqla hədəflərə zərbələr endirib. Ordu HƏMAS-ın Livan ərazisindən fəaliyyət göstərməsinə icazə verməyəcək və öz ərazisindən gələn hər atəşə görə məsuliyyəti Livanın üzərinə qoyur.