XƏBƏRLƏR / Münaqişə

Çin yaranmış münaqışədə Pakistanı dəstəkləyir

Bu barədə Çinin XİN rəhbəri Vanq Yi pakistanlı həmkarı İshaq Dar ilə telefon söhbəti zamanı bildirib

Çin yaranmış münaqışədə Pakistanı dəstəkləyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin Pakistanı öz suverenliyini və təhlükəsizlik maraqlarını müdafiə etməkdə dəstəkləyir.

    Bunu Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığında bildirib. Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib ki, Pekin hazırkı vəziyyətin inkişafını diqqətlə izləyir: “Çin terrorizmlə mübarizədə qətiyyətli hərəkətlərində Pakistanı həmişə dəstəkləyir”.

    Vanq Yi həmçinin Hindistan və Pakistanın təmkin nümayiş etdirəcəklərinə və vəziyyətin gərginləşməsinə kömək edəcəklərinə ümid etdiyini bildirib. İshaq Dar da öz növbəsində bildirib ki, Pakistan Hindistanla münasibətlərin pisləşməsi məsələsində Çin və dünya ilə əlaqələri davam etdirəcək.