İran Prezidenti ABŞ-la planlaşdırılan danışıqları təsdiqlədi
Bu barədə İran prezidenti "X"şəbəkəsində məlumat yayıb
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, regiondakı dost ölkələrin xahişi ilə Xarici İşlər Naziri Abbas Əraqçiyə ABŞ ilə danışıqlar aparmağı tapşırıb. Dövlət başçısının sözlərinə görə, bu danışıqlar yalnız "təhdidlərdən və əsassız gözləntilərdən azad olan uyğun bir mühit yaradıldığı" və "ədalətli və bərabər, ləyaqət, ehtiyatlılıq və məqsədəuyğunluq prinsiplərinə əsaslandığı" təqdirdə baş tutacaq.
Pezeşkian xüsusilə vurğulayıb ki, danışıqlar İslam Respublikasının milli maraqları çərçivəsində aparılmalıdır.
Daha əvvəl İran mediası öz mənbələrinə istinadən Pezeşkyanın müvafiq göstərişi barədə məlumat vermişdi. Bu arada Qərb mediası Əraqçi ilə xüsusi elçi Vitkoff arasında danışıqların 6 fevralda İstanbulda keçiriləcəyini bildirib.
1 dəqiqədən az