XƏBƏRLƏR / Münaqişə

Xameneyi İsrailə hücumun ildönümündə yəhudi dilində yazdı

İranın ali dini rəhbəri "X" sosial şəbəkəsində paylaşım edib

Xameneyi İsrailə hücumun ildönümündə yəhudi dilində yazdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın ali dini rəhbəri Xameneyinin HƏMAS-ın İsrailə hücumunun ildönümü ilə əlaqədar "X" sosial şəbəkəsində yəhudi dilində paylaşım edib.

    Paylaşımda deyilir:

    "Əl-Əqsa tufanı" əməliyyatı sionist rejimini 70 il dala saldı".

    Qeyd edək ki, bir il əvvəl saat 06:29-da HƏMAS İsrailə genişmiqyaslı hücum həyata keçirib, bu işğal nəticəsində 1200-ə yaxın israilli öldürülüb, 200-dən çoxu isə girov götürülüb.