XƏBƏRLƏR / Münaqişə

ABŞ Çindən Bəndər Abbasa gedən İran gəmisini ələ keçirdi

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb VİDEO

ABŞ Çindən Bəndər Abbasa gedən İran gəmisini ələ keçirdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, ABŞ qüvvələrinin İranın Bəndər Abbas limanına üzməyə çalışan M/V "Touska" yük gəmisinə qarşı dəniz blokadası tətbiq etdiyini göstərən görüntülər yayımlayıb.

    Bəyanatda deyilir ki, "Touska" gəmisinin heyəti altı saat ərzində təkrarlanan xəbərdarlıqlara əməl etmədikdən sonra 5 düymlük MK 45 topundan atılan bir neçə mərmi Touskanın mühərrikini sıradan çıxarıb. Bundan öncə Komandanlıq gəmi heyyətinə xəbərdalıq edib ki, zərbə gəminin məhz mühərrik hissəsinə endiriləcək.

    Daha sonra ABŞ dəniz piyadaları vertolyotlardan İran gəmisinə basqın edərək onu ələ keçiriblər. VİDEO

    ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" şəbəkəsində yazır:

    "Gəmi hazırda ABŞ Dəniz Piyadaları Korpusunun nəzarəti altındadır. TOUSKA keçmişdə qanunsuz fəaliyyətlərdə iştirak etdiyinə görə ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır. Gəmi bizim nəzarətimizdədir və göyərtədə nə olduğunu araşdırırıq!".