XƏBƏRLƏR / Münaqişə

Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

Bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.

Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistan ordusu ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Bannu dairəsində keçirdiyi antiterror əməliyyatı zamanı ən azı altı silahlını zərərsizləşdirib, daha dörd nəfər isə yaralanıb.

    Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Müştərək Komandanlığı (ISPR) məlumat yayıb.

    2025-ci il aprelin 23-dən 24-nə keçən gecə keçirilən xüsusi əməliyyat zamanı “Fitna əl-Xəvaric” adlı, ölkədə qadağan olunmuş silahlı qruplaşmanın üzvləri hədəfə alınıb.

    Toqquşma nəticəsində altı terrorçu məhv edilib, dördü isə yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə təhlükəsizlik qüvvələri tərəfindən axtarışlar davam etdirilir.

    Ordu heyəti arasında itki yoxdur.