XƏBƏRLƏR / Münaqişə

PKK İraqın şimalında Türkiyə hərbçilərinə hücum etdi

Öən və yaralanan var

PKK İraqın şimalında Türkiyə hərbçilərinə hücum etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İraqın şimalında PKK terror qruplaşmasının hücumu nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, ikisi yaralanıb.

    “TRTHaber”ə görə, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

    Bildirilib ki, fevralın 3-də İraqın şimalında antiterror əməliyyatı bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi yaralanıb. Yaralılar hospitala yerləşdirilib.