XƏBƏRLƏR / Münaqişə

İran İsraildə xəstəxanaya raket zərbəsi endirib

Bu barədə İsrail KİV-i məlumat yayıb

İran İsraildə xəstəxanaya raket zərbəsi endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İsrail ərazisinə raket hücumları həyata keçirib.

    Bu barədə İsrail KİV-i məlumat yayıb.

    Məlumata görə, atılan ballistik raketlərdən biri Beer-Şeva şəhərində yerləşən “Soroka” xəstəxanasına düşüb.

    Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

    İRNA yazır ki, İranın raket hücumunun əsas hədəfi İsrail Müdafiə Qüvvələrinin (İMQ) Kiber Komandanlığı (IDF C4I) qərargahı və Beer-Şevadakı Soroka xəstəxanasının yanında yerləşən Gav Yam Texnologiya Parkında yerləşən İMQ məlumat mərkəzi olub.


    İsrailin əksər bölgələrində hava hücumu sirenləri səslənir, mülki əhaliyə isə sığınacaqlarda qalmaq tapşırılıb.

    Tel-Əvivdə də raket zərbələrindən sonra dağıntılar qeydə alınıb.