Tramp həftəsonu İranla bağlı qərar verəcək
Bu barədə ABŞ Prezidenti “Axios”a açıqlamasında deyib
ABŞ Prezidenti Donald Tramp İranın son təklifini müzakirə etmək üçün şənbə gününün sonunda danışıqlar aparanlarla görüşəcək və bazar gününə qədər müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək.
Bu barədə o, “Axios”a açıqlamasında deyib.
Tramp yaxşı bir razılaşma əldə edə biləcəyi və ya onları bombalayacağı ilə bağlı şansın yarı-yarıya olduğunu bildirib. “Ya yaxşı bir razılaşma əldə edəcəyik, ya da onları cəhənnəmə sovuracağam", - deyə ABŞ Prezidenti vurğulayıb. O, bazar günü qərar verə biləcəyini söyləyib.
1 dəqiqədən az