XƏBƏRLƏR / Münaqişə

Türkiyə Rusiya-Ukrayna danışıqlarına hazırdır

Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb

Türkiyə Rusiya-Ukrayna danışıqlarına hazırdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

    Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

    Qeyd edilir ki, Ərdoğan Putinin İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb.

    Türkiyə lideri bildirib ki, Rusiya-Ukrayna üzrə sülh danışıqlarına hərtərəfli atəşkəs üçün lazımi şərait yaradılacaq. "Sülh üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqları üçün lazımi şərait yaradacaq", - Ərdoğan vurğulayıb.

    Danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.