XƏBƏRLƏR / Münaqişə

İsrail daha bir HƏMAS liderini məhv edib

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb

İsrail daha bir HƏMAS liderini məhv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qəzza zolağındakı hərbi qanadının komandiri Məhəmməd əl-Deyfin məhv edildiyini açıqlayıb.

    İsrail mediasının məlumatına görə, avqustun 1-də, cümə axşamı, uzunmüddətli yoxlama və kəşfiyyat məlumatlarının tədqiqindən sonra İsrail Müdafiə Qüvvələri iyulun 13-də Əl-Məvasi bölgəsindəki bir hədəfə hava hücumu nəticəsində, Qəzza zolağının cənubunda, İzzəddin Əl-Qəssam Briqadalarının lideri "(HƏMAS-ın hərbi qanadı) Məhəmməd Deif öldürülüb.

    Deyfin çox güman ki, öldüyü barədə məlumatlar son həftələrdə bir neçə dəfə mediada dərc olunub. Lakin bu günə qədər İDF bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.